Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəzir orucu batil sayılırmı? - İlahiyyatçıdan VACİB AÇIQLAMA

“Nəzir orucunu Ramazan ayında tutmaq icazəli deyil”.

Bir çox insanlar Ramazan ayında hansısa arzusunun gerçəkləşməsini niyyət edərək oruc tutur. Bu nə dərəcədə doğrudur?

Yenicag.az-a açıqlama verən ilahiyyatçı alim Hacı Surxay Məmmədli bir çox insanları narahat edən bu məsələyə aydınlıq gətirib.

Dinşünas alim məhz Ramazan ayında niyyətin gerçəkləşməsi məqsədi ilə tutulan orucun dinimiz tərəfindən icazəli olmadığını bildirib. O qeyd edib ki, bu məqsədlə tutulan oruca nəzir orucu deyilir və bu oruc Ramazan ayından sonra tutulmalıdır:

“Bir insan Allah rizası üçün deyil, öz arzusuna çatmaq məqsədi ilə oruc tutursa, bu orucun qəbul olunması sual altındadır. Hər bir əməl Allah rizası üçündür və məqsəd də Allaha yaxınlaşmaqdır. Biz orucu tutub, namazı qılırıq ona görə ki, Allaha yaxınlaşaq. Əgər bir insan arzusunu gerçəkləşdirmək niyyəti ilə oruc tutursa, bu, Ramazan orucu sayılmır. Bu orucun adı nəzir orucudur. Nəzir orucunu da Ramazan ayında tutmaq icazəli deyil. Çünki Ramazan ayı Allahla bəndə arasında rabitədir. Əgər bir insan niyyətinə çatmaq üçün nəzir orucu edirsə, Ramazan ayı bitəndən sonra oruc tuta bilər”.

Cəvahir

Loading...

www.yenicag.az

307
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100