Nigeriya hakimiyyəti uçuş şərtlərini pozmaq ittihamı ilə Britaniyanın “Flair Aviation” aviaşirkətinin təyyarəsini və onun heyətini saxlayıb.
Yenicag.az-ın məlumatına görə, “Flair Aviation” Nigeriyaya yalnız humanitar uçuşlar üçün icazə alıb. Lakin bunun əvəzinə ölkə səlahiyyətlilərinin bildirdiyinə əsasən ticarət uçuşları edib. Hazırda ekipaj dindirilir.
“Flair Aviasiya təyyarəsi, yeni koronavirus pandemiyası ilə əlaqədar Nigeriyanın hava məkanında ticarət uçuşlarına qoyulan qadağanı pozduğuna görə tutulub”, – ölkə səlahiyyətlisi bildirib.
Xatırladaq ki, Nigeriya mart ayında yeni koronavirusun pandemiyası ilə əlaqədar hava məkanını bağlayıb. Mayın 6-da prezident Muhammadu Buxari qadağanı daha dörd həftə uzadıldığını bəyan edib.