Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Nike" müsəlmanları təhqir etdi - FOTO

“Nike” kampaniyasının adı “Air Max” krassovkalarında ərəbcə Allah adını xatırladan loqotipə görə qalmaqala qarışıb.

Yenicag.az xəbər verir ki, dindarlar bunu şirkətin müsəlman auditoriyanı təhqir etmək cəhdi kimi qiymətləndiriblər. Bu adın ayaqqabının altında təhqiredici bir şəkildə yazıldığı xüsusi vurğulanır.

Şirkət ittihamlara cavab verib:

“Nike” bütün dinlərə hörmətlə yanaşır. Ona görə də, biz bu problemə ciddi yanaşdıq. “Air Max” loqosu yalnız markanın ticarət nişanı kimi hazırlanıb. Loqotipin dizaynı altında başqa bir məna ifadə etmək niyyətimiz olmayıb”.

Qeyd edək ki, “Nike” 1997-ci ildə 38 000 cüt krassovkalarını geri çağırmalı olmuşdu. Həmin vaxt Böyük Britaniyada satışa çıxarılan krassovkaların loqotipində Allahın adını xatırladan işarələr tapılmışdı.

Loading...

www.yenicag.az

1708
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100