“Niva”nın yeni modeli gəlir

media-hightechnic-468x90

Təxminən gələn ilin ortasında “Lada Niva Legend”ə 1.8 litrlik, 90 at gücündə və 8 klapanlı mühərrik əlavə olunacaq. İndiki 1.7 litrlik mühərrik isə keçmişdə qalacaq.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “AvtoVAZ”ın məhsul marketinqi şöbəsinin rəhbəri Sergey Korniyenko məlumat verib.

Onun sözlərinə görə, “Niva” həvəskarlarını yeni sürprizlər gözləyir.

Şirkət rəsmisi digər əhəmiyyətli dəyişikliklər barədə açıqlama verməyib.

Xatırladaq ki, bu ilin əvvəlində “AvtoVAZ” üçqapılı “Niva Sport”un satışına başlayıb. “Niva Legend”lə müqayisədə “Sport” versiyası təxminən 140 dizayn dəyişikliyi ilə istehsal olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa