Niyaməddin Musayev: “Uzun saç, “trapes” şalvar, əlimdə qaval toyxanaya girəndə, bir kişi...”

media-hightechnic-468x90

“Dedi, ay oğul, məni bağışla, inanmazdım, belə geyimdə belə “Humayun” oxuyarlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, “Şöhrət” ordenli Xalq artisti Niyaməddin Musayev “Zaurla Günaydın” verilişində deyib.

Müğənni fərqli saç düzümü, geyim stilinə görə insanların ona olan münasibətdən danışıb:

“70-ci illər idi, məşhur tarzən Əhsən Dadaşov məni Bakı kəndlərindən birinə toya dəvət etdi. Dedim, belə geyimdə ora getsəm, mənə gülərlər. Dedi, narahat olma. Uzun saçda, boynumda qızıl “sep”, qolumda qızıl qolbaq, “trapes” şalvar, “platforma” ayaqqabıda, əlimdə də qaval girdik toyxanaya. Gördüm, mənə birtəhər baxırlar. Bir kişi gəldi, 50 manat qoydu stola, arxasını mənə çevirib Əhsənə dedi ki, bir “Humayun”. Onda da 50 manat çox böyük pul idi. Mən oxuyandan sonra alqış səsləri toyxananı başına götürdü. Həmin kişi gəldi dedi, ay oğul, məni bağışla, mən inanmazdım, belə geyimdə belə “Humayun” oxuyarlar”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600