Sankt-Peterburq sakini paylaşdığı yazıya görə həbs olunub.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda polis “Krokus” konsert zalında törədilən terror aktına həsr olunmuş ekstremist qeydlərin müəllifi Nikolay Konaşenkonu həbs edib.
Söhbət Sankt-Peterburq sakininin niyə Kremlin yox, Krokusun hücuma məruz qalması ilə maraqlandığı yazıdan gedir.
Paylaşımında Konaşenko yazıb: “Niyə Kreml yox, Krokus?”.
O, daha sonra qalmaqallı paylaşımı silib. Bundan sonra Konaşenko Rusiyanı tərk etməyi planlaşdırıb. Lakin o, Pulkovo hava limanında İrəvana qaçmaq istəyərkən həbs edilib.
“Konaşenko prosessual hərəkətlərin aparılması üçün polis bölməsinə aparılıb. Cinayət işinin başlanması məsələsi həll edilir”, – Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Onun həyat yoldaşı “New Holland”ın baş direktoru Roksana Şatunovskaya ərinin sözlərini “dəhşətli” adlandırıb.
“New Holland”ın baş direktoru Roksana Şatunovskaya əri Nikolay Konaşenkonun “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı açıqlamalarına görə tutduğu vəzifədən istefa verib. Şatunovskayanın işdən çıxarılması “New Holland” teleqram kanalında yayılıb.
Xuraman Etibarlı
www.yenicag.az