!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Normand formatı” danışıqları baş tutdu

!Reklam – Yazi

img1743876Yenicag.az xəbər verir ki, fevralın 11-də Minskdə Rusiya-Ukrayna münaqişəsinin çözümü ilə bağlı “Normand formatı”nda danışıqlar baş tutub. Fransa prezidenti Fransua Olland, Almaniyanın federal kansleri Angela Merkel, Ukrayna prezidenti Petro Poroşenko, Rusiya prezidenti Vladimir Putin axşam saatlarında sülh planının müzakirəsi üçün Belorus paytaxtında bir araya gəliblər.

Birgə müzakirələrə başlamazdan öncə Almaniya kansleri Merkellə Fransa prezidenti Olland Ukrayna və Rusiya prezidentləri ilə ayrı-ayrılıqda qısa görüş keçirib. Fransa xəbər qaynaqları bu informasiyanı danışıqlardan öncə “nəbz yoxlaması kimi” dəyərləndirib.

Görüşdən öncə açıqlama verən liderlər bildiriblər ki, əsas məqsəd tərəflər arasında davamlı atəşkəs haqqında razılaşmanın əldə edilməsidir.

“Normand formatı” Minskdə sülh planının müzakirəsinə başlayıb  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir326/img1743879.jpg' target='_blank'>Yüklə</a>

(musavat.com)

www.yenicag.az

1071
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv