!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti Brüssel görüşündə müzakirə olunacaq məsələlər açıqlandı

!Reklam – Yazi

“Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq”.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladıb.

H.Hacıyev deyib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər: “Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər”.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv