Növbəti dünya çempionatı bu ölkələrdə keçiriləcək

2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb.

Yenicag.az xəbər verir ki, mundiala üç ölkə ev sahibliyi edəcək.

Bu barədə qərar Rusiyanın paytaxtı Moskvada keçirilən FİFA-nın 68-ci konqresində qəbul edilib. Qərara əsasən, yarış ABŞ, Kanada və Meksikada keçiriləcək.

Qeyd edək ki, ABŞ, Kanada, Meksika üçlüyündən başqa, Mərakeş də mundiala ev sahibliyi etməyə namizəd idi.