!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti SƏRHƏD GƏRGİNLİYİ: “Azərbaycanı daha geniş cavab tədbirlərinə təhrik etməklə...” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanda seçkiqabağı mübarizədə “Qarabağ klanı”nın xüsusi fəallıqla revanş götürmək istədiyi aydın görünür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Ermənistan tərəfindən Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizin atəşə tutulmasını şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan cəmiyyətində olduğu kimi, ordusunda da parçalanma və xaos hökm sürür:

“Ermənistanın növbəti hərbi provakasiyasının arxasında sərhədlərin müəyyənləşdirilməsi prosesini pozmaq niyyətinin dayandığı aydındır.

Qeyd olunmalıdır ki, Ermənistanda son üç ildə yaşanan daxili gərginlik Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra daha da güclənib.

Nəticədə bu ölkənin cəmiyyəti ilə yanaşı, ordusunda da yaranan ciddi parçalanma və xaos getdikcə dərinləşməkdədir.

Ermənistandakı seçkiqabağı mübarizədə “Qarabağ klanı”nın xüsusi fəallıqla revanş götürmək istədiyi də aydın görünür.

Ermənilərin mövqelərimizi atəşə tutmasının digər mühüm səbəbi indiki vəziyyətdə Azərbaycanı daha geniş cavab tədbirlərinə təhrik etməklə, Rusiyanın timsalında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu qarşıdurmaya cəlb etməkdir.

Müdafiə Nazirliyinin bu insidentlə bağlı yaydığı açıqlamada müəyyən siyasi məqamlara toxunulmasının üstünə getməyə ehtiyac yoxdur. Çünki elə bir şərait yaranıb ki, hərbi qurum da bu səpkidə mövqe ifadə edə bilər”.

A.Zeynalov

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv