“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nə dəyişiklik edilib.
Yenicag.az-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nin beşinci abzasında “vergi öhdəliklərinin icrasına nəzarət” sözləri “Rəqəmsal vergi inzibatçılığı” sözləri ilə əvəzlənib.