Nüfuz alveri edən məmur cərimələndi

media-hightechnic-468x90

Cinayətdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənova hökm oxunub.

Yenicag.az xəbər verir ki, 1969-cu il təvəllüdlü məmur Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilib.
Ətraflı

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə R.Həsənova 5 min manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda R.Həsənovun tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri alması qeyd edilmişdi./Qafqazinfo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600