Nüvə danışıqları bitən kimi vəzifədən gedəcək
Obama administrasiyasının nüvə danışıqlarında əsas təmsilçisi bu yay vəzifədən gedir.
Dövlət Departamenti rəsmiləri mayın 27-də bildiriblər ki, dövlət katibinin köməkçisi Uendi Şerman İranla altı dövlətin nüvə danışıqları bitən kimi vəzifədən gedəcək. Sazişin əldə olunması üçün iyunun 30-u son tarix qoyulub.
Şerman son iki ildə Avropada İran rəsmiləri ilə texniki müzakirələrin böyük hissəsini aparıb. Onun vəzifədə olduğu müddətdə Birləşmiş Ştatlarla İran 2013-cü ilin noyabrında aralıq sazişi, apreldə çərçivə sazişi əldə ediblər.
ABŞ dövlət katibi Con Kerrİ mayın 30-da iranlı həmkarı ilə görüşəcək. O, Şermanı komandasının “əsas” üzvü adlandırıb