Bildiyimiz kimi, ötən həftələrdən dünyaca məşhur şirkətlər süni intellekt sisteminə keçid edib. Məşhur iş adamı İlon Mask da həmin “yarış”a qoşularaq öz robotunu yaradıb.
Yenicag.az xəbər verir ki, Mask robot bota “TruthGPT” adını verib.
O digər hər kəs kimi “Open AI” və “ChatGPT”ni istifadə etməkdən qaçınıb. Çünki Maskın fikrincə, həmin botlar yetəri qədər dəqiq deyil.
“TruthGPT”nin ödənişli platforma olacağı da gözlənilir.
Qeyd edək ki, İlon Mask aylardır “Twitter” platformasındakı işlərinə görə tənqidlərə məruz qalır.
www.yenicag.az