!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O qərargahlar partiyalara hədiyyə edilməyib” - Elşad Musayev

!Reklam – Yazi

“Partiyaların bir çoxuna eyni binada ofis verilməsini boş yerlərin məhz orada olması ilə əsaslandırdılar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ötən həftədən etibarən, ölkədə fəaliyyət göstərən 10-dan çox siyasi partiyanın qərargahla təmin olunmasına yönəlik reaksiyaları dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, həmin qərargahların partiyalara birdəfəlik hədiyyə olunduğunu düşünənlər yanılırlar:

“Əslində, o ofislər siyasi partiyalara hədiyyə kimi yox, İqtisadiyyat Nazirliyinin əmlakla məşğul olan müvafiq qurumu ilə icarə müqaviləsi əsasında verilib. Qərargahın verilməsində Prezident Administrasiyasının xidməti olub.

Partiyaların bir çoxuna eyni binada ofis verilməsini isə boş yerlərin məhz orada olması ilə əsaslandırdılar. Fikrimcə, mənzil-qərargahların verilməsi daha yaxşı olardı. Ancaq bu vəziyyətdə də işləmək üçün şərait var”.

BAP sədri partiyalara verilən icarə haqqının miqdarı barəsində məlumatsız olduğunu deyib. O, partiyalara qərargah verilməsinə yönəlik fərqli reaksiyalara da toxunub:

“İllərdir, deyirdik ki, siyasi təşkilatlara niyə yer verilmir? Yer də veriləndə, deyirlər, niyə verdilər, niyə bir araya yığdılar? Siyasi təşkilatlara ofis verilməsi hamı üçün yaxşıdır”.

Səxavət Məmməd

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv