Obama çağırış etdi

media-hightechnic-468x90

juoABŞ prezidenti Barak Obama Rusiya lideri Vladimir Putini Ukraynanın yeni prezidenti Petr Poroşenko ilə görüşməyə çağırıb.

Avropada səfərdə olan ABŞ lideri Rusiya ilə Ukrayna arasında dialoqun başlanmasının vaxtının çatdığını deyib.

Onun sözlərinə görə, yalnız iki dövlət başçılarının görüşü vəziyyəti yumşalda və tərəflər arasında münaqişəni dayandıra bilər: “Putinin Ukrayna sərhəddindən qoşunları çəkmək, ölkənin şərq vilayətlərindəki separatçılara mövcud hakimiyyəti qəbul etdirmək üçün təsir imkanları var. Putin bu məsələdə Ukrayna rəhbərliyinə dəstək verməlidir. Əgər onunla görüşsəm bunları ona deyəcəyəm”.
B. Obama yaxın vaxtlarda keçiriləcək beynəlxalq tədbirlərin birində onunla görüşəcəyini də istisna etməyib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dimitriy Peskov V. Putinin Ukrayna prezidenti ilə görüşmək niyyətinin olmadığını açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600