!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Obamadan absurd mövqe: “Krım əhalisi Rusiyanın tərkibinə daxil olmağı...”

!Reklam – Yazi

ABŞ-nin eks-prezidenti Krımın Rusiya tərəfindən işğal və ilhaq edilməsinə haqq qazandırıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama CNN-ə müsahibəsində Ukraynanın Krım regionunun Rusiya tərəfindən işğal edilməsini “əsaslandırmağa” cəhd göstərib.

Obamanın absurd iddiasına görə, Krım əhalisi ilhaqın baş verdiyi 2014-cü ildə Rusiyanın tərkibinə daxil olmağı prioritet sayırdı.

Eks-prezident bildirib ki, tammiqyaslı müharibənin başladığı 2022-ci ilin fevralı ilə müqayisədə 2014-cü ildə vəziyyət fərqli idi və o zaman Qərb koalisiyası Ukraynaya hər hansı hərbi yardım göstərmirdi:

“Çünki Krımın ilhaqı Avropada müəyyən anlayışla qarşılanırdı. O cümlədən Ukrayna da bizim indi gördüyümüz ölkə deyildi. Krımda əhalinin çox hissəsini rusdillilər təşkil edirdi və onlar Rusiyanın mövqeyini dəstəkləyirdilər.

Rusiya Krımın ilhaqı ilə beynəlxalq hüququn əsaslarını sarsıtdı və buna görə daha sərt təcridlə üzləşə bilər. Bu bizim daxil olduğumuz növbəti “soyuq müharibə” deyil. ABŞ və NATO Rusiya ilə birbaşa müharibəyə can atmır”.

COP29

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv