Oğlana görə Ukraynadan Bakıya gəldi

media-hightechnic-468x90

img1741322Anası tərəfindən axtarışa verilən Ukrayna vətəndaşı tapılaraq “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.

Yenicag.az müsavat-a istinadən bildirir ki, bu barədə təşkilatın sədri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həddi-büluğa çatmamış qızın anası Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib. Bundan sonra itkin qız tapılaraq sığınacaq evinə gətirilib. Gənc qız tanış olduğu oğlana görə Bakıya gəldiyini deyib. Lakin oğlan onu aldadıb.

“Qızın həmin oğlanla hansı şəraitdə tanış olduğunu, Azərbaycana nə vaxt gəldiyini hələlik bilmirik. Amma qızın Ukraynaya geri qayıtması üçün sənədlərin hazırlanmasına başlanıb. Sənədlər hazır olandan sonra qız öz vətəninə yola salınacaq” – deyə M.Zeynalova bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600