!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Oğlu və nəvəsinin itkisinə dözə bilmədi” – Xalq artisti barədə ÜRƏKPARÇALAYAN SÖZLƏR- FOTOLAR

!Reklam – Yazi

“Bir il ərzində həm oğlunu, həm də nəvəsini itirdi. Bir ildə iki itki onu büsbütün sarsıtdı. Ürəyi bu dərdə tab gətirmədi…”

Bunu Əməkdar artist İlham Əsədov dünən qəfildən dünyasını dəyişən Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla bağlı danışarkən Yenicag.az-a açıqlamasında deyib.

O, mərhum rejissorun dünyasını dəyişən gün sənət dostunun yubileyində iştirak etmək üçün Şəkiyə getdiyini bildirib:

“Ölümünündən bir gün əvvəl Şəkiyə getmişdi. Aktyor dostunun yubileyində iştirak edib. Qayıdanda ürəyi dözməyib, vəfat edib. Amma oğluna çox bağlı insan idi, bir yandan da nəvəsinin itkisi onun üçün çox ağır idi. Aprelin dördü Gənc Tamaşaçılar Teatrında onun 75 illik yubileyini qeyd etdik. Onu belə tez bir vaxtda itirəcəyimizə kim inanardı? Çox ağır itkidir. Həm doğmaları, həm bizim üçün, həm də Azərbaycan teatrı üçün. Yoxluğu hər zaman görünəcək”.

Qeyd edək ki, tanınmış rejissor Vaqif Əsədov dünən gecə qəfildən dünyasını dəyişib.

Cəvahir

www.yenicag.az

876
Ads
www.veteninfo.com
!Reklam – Arxiv