!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğlundan tanınmış müğənniyə QADAĞA: “O qalmaqaldan sonra mənə dedi ki...”

!Reklam – Yazi

“Bu söhbəti eşidəndən sonra oğlum mənə efirə çıxmağa icazə vermədi”.

Yenicag.az xəbər verir ki, bunu müğənni Sevda Əliqızı “Tarixin bir günü” verilişində deyib.

Sənətçi mərhum duet ortağı Səməd Səmədovla bağlı efirdə yaranan bir qalmaqala aydınlıq gətirib. Həmçinin sənətçi sözügedən söhbətdən sonra oğlunun ona efirlərə çıxmasına icazə vermədiyni də bildirib:

“Bu söhbəti eşidəndən sonra oğlum mənə efirə çıxmağa icazə vermədi. İcazə vermədi deyəndə ki, “dedi, istəmirəm, daha efirə çıxasan. Əvvəla, bil, kiminlə, nəyə görə efirə çıxırsan. Sənə elə suallar verəndə də ya cavab vermə, ya da düzgün cavab ver”. İstər düşmənim olsa da, ölünün dalınca danışmaram. Niyə bu söhbətlər əvvəllər danışılmadı? Onun keçmişində olan şeyləri aşkarlamaram. Bizim sənət baxımından aramızda inciklik oldu və 4-5 il idi sənət baxımından ayrılmışdıq. Düzdür, incimişdik, amma sonradan bir-birimizi başa düşdük. Üzrxahlıq etdi və dostluğumuz davam etdi. Efirdə yaranan qalmaqal qurama bir şey idi və bu, mənə çox pis təsir etdi”.

Qeyd edək ki, sənətçi söhbətin hansı qalmaqaldan getdiyini açıqlamaq istəməyib.

Nehru

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv