!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğlunun ölümünə tab gətirə bilməyən iş adamı özünü güllələdi - Bakıda

!Reklam – Yazi

Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1960-cı il təvəllüdlü İldırım Rza oğlu Dadaşov “Makarov” tipli tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb. İntihar hadisəsi zamanı mənzildə İ.Dadaşovdan başqa heç kəs olmayıb.

Mənzilin yoxlanılması zamanı kriminalistlər İ.Dadaşovun intihardan öncə yazdığı məktubunu aşkar ediblər. İş adamı ölümünün səbəbini orada açıq-aydın qeyd edib. Oğlunun ölümünün ona dinclik vermədiyini, bu cür yaşamağın mümkün olmadığını məktubda etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, mərhumun oğlu Moskva yaxınlığında avtoqəza zamanı dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.(Sputnik.az)

www.yenicag.az

894
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv