Oğrular 5-ci mərtəbədən tullandı

media-hightechnic-468x90

img1741334Türkiyədə qeyri-adi oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, iki nəfər naməlum şəxs 6 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilə girərək, oğurluq etmək qərarına gəliblər. Onların istəkləri baş tutub. Amma…

19 yaşlı Fatih K. və 17 yaşlı Nəzir T. adlı iki gənc, mənzilin qapısını əllərindəki alətlərlə açaraq, içəri daxil olublar. Ancaq həmin mənzilin sahibi olan yaşlı qadının 4-cü mərtəbədə yaşayan oğlu, anasının evindən gələn qəribə səslərdən şübhələnib. Qapının zorla açıldığını görən Yücəl Kaya, binanın əsas qapısını açarla bağlayıb. Və polislərə bu haqda xəbər verib.

Yenidən geri qayıdan Y.Kaya oğrulara heç bir yerə qaça bilməyəcəklərini və artıq polis çağırdığını deyib. Bundan sonra naşı oğrular 5-ci mərtəbədən aşağıya tullanıblar. Onların ayaqları qırılsa da, polisdən qaçmağa cəhd ediblər. Həmin qaçış anları ətrafdakı təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Naşı oğrular çox da uzağa gedə bilməyiblər. Polislər tərəfindən saxlanılan Fatih və Nəzirin ayaqlarının bir neçə yerdən qırıldığı məlum olub. Amma buna baxmayaraq, qorxudan qaçmağa çalışıblar.

Oğruların üzərində axtarış aparılıb və evdən götürdükləri 1000 avro, 5000 türk lirası və qapını açmaq üçün istifadə etdikləri alətlər tapılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600