Oğul atasını bıçaqladı-Bakıda-Fotolar

media-hightechnic-468x90

130b3dfbbbeb9f9b02463b9f81048764Bakıda oğul atasını bıçaqlayıb.

57 yaşlı paytaxt sakini Sadıxov Elman Ağaverdi oğlu çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara alan Elman Sadıxov dərhal əməliyyata götürülüb.

Məlum olub ki, 57 yaşlı kişi yaşadığı 20 sahə, Yurbəy Mürsəlov küçəsindəki evində bıçaqlanıb. Elman Sadıxovun qanını isə onun doğma oğlu Kamil axıdıb. Polislər tərəfindən saxlanılan Kamil Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

Hadisəni Səbail Rayon Polis İdarəsi araşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600