Oğurluq edən 5 nəfər saxlanıldı

media-hightechnic-468x90

Binəqədi rayonunda talama cinayəti baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb.

Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri 4300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər- C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa