Oğuzda döyüşə yararlı silah-sursat tapıldı - FOTO

media-hightechnic-468x90

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600