Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər yaralanıb.
Xəsarət alanlar Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.