Oğuzda köməksiz qalan şəxs xilas edildi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında “Hacıyusif yaylağı” adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xilasedicilər tərəfindən çətin keçilən mürəkkəb relyefli ərazi ilə xərək vasitəsilə daşınaraq təhlükəsiz əraziyə təxliyə olunub və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadasına təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600