"Öləcəyimi bilsəm də, Anarla barışmaram" - Əylisli
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev bir zamanlar yaxın dostu olan yazıçı Əkrəm Əylisli ilə bağlı maraqlı fikir səsləndirib. O, saytımıza açıqlamasında Əylisli ilə düşmən olmadığını, hətta barışmağa razı olduğunu bildirib. Deyib ki, Əkrəm Əylisli barışmaq istəsə, bunu müsbət qarşılayar.
Yenıcag.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Əkrəm Əylisli ilə əlaqə saxlayıb.
O, Anar Rzayevdən incidiyini bildirib: Dördpendirli pizza
“Zamanında mənim əleyhimə fikirlər səsləndirdi, müraciətlər etdi. Bunu başqası etsə, inciməzdim. Amma ən yaxın adamımım mənə qarşı bu davranışı qəlbimi qırdı. Çox sağ olsun, lakin barışmaq istəmirəm. Allah hər kəsin köməyi olsun”.
Ə.Əylisli mərhum Xalq yazıçısı Elçin Əfəndiyevlə də bir müddət öncə barışdığını qeyd edib:
“Təəssüf ki, səhhətim Elçinlə vidalaşmağa imkan vermədi. Ona görə də dəfnində iştirak edə bilmədim. Onunla çox yaxın olmuşuq. Lakin məlum hadisələrlə bağlı əlaqələrimiz kəsilmişdi. Bir müddət əvvəl Elçin Türkiyədə əməliyyat olundu, 38 gün xəstəxanada qaldı. Oradan qayıdan kimi mənə zəng etdi. İllərdir eşitmədiyim səsini eşitdim, çox sevindim. Onun səsində bir nisgil var idi. Xeyli söhbət etdik, dərdləşdik. Elə danışdı, sanki bütün illərin əvəzini çıxırdı. Bundan sonra yenə bir neçə dəfə əlaqə saxladıq. Görünür, öləcəyini hiss edirmiş… Amma öləcəyimi bilsəm də, Anarla barışa bilmərəm. Ən pis zərbəni o mənə vurdu”.