!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiadada daha bir qalmaqal: Qadın boksçu transgenderlə döyüşməkdən imtina etdi

!Reklam – Yazi

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qalmaqal baş verib.

Yenicag.az xəbər verir ki, qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karini əlcəzairli rəqibi İmane Xeliflə döyüşməkdən imtina edib.

İtaliyalı idmançının bunu etməsinə səbəb isə rəqibinin transgender olmasıdır. Karini rəqibinin cinsini dəyişməsini əsas gətirərək onun güclü olduğunu bildirib. Bu səbəbdən də rinqdən çıxaraq yarışmaqdan imtina edib.

Daha sonra italiyalı idmançı açıqlama verərək bunları deyib: “Rinqə döyüşmək üçün çıxdım. Təslim olmaq niyyətim yox idi. Amma rəqibin bir yumruğu məni çox incitdi. Bu səbəbdən də rinqdən çıxdım”.

İtaliyanın idman naziri Andrea Abodi də Olimpiya Oyunlarının təşkilatçılarından narazılığını bildirib: “Olimpiya Oyunları ədalətli deyil. Hormonal tənzimləmələr düzgün deyil”.

Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü Mark Adamsın isə hər şeyin qaydalara uyğun olduğunu deyib: “Qadın kateqoriyasında yarışan hər kəsin pasportunda cinsi qadın yazılıb. Burada meyarlara uymayan nəsə yoxdur”.

Qeyd edək ki, Anjela Karini rinqdən çıxdığı üçün hakimlər İmane Xelifə texniki qələbə veriblər.

COP29

www.yenicag.az

994
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv