!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə BAHALAŞMA DALĞASI: "Xalqı inqilaba sürükləmək istəyirlər"

!Reklam – Yazi

“Qiymət artımının digər sahələrdə də müşahidə olunması sosial etiraza yol açacaq”.

Bunu ölkədə çörək və yanacağın qiymətinin artması fonunda müşahidə olunan bahalaşma dalğasına etiraz edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri hesab edir ki, indiki vəziyyətdə müşahidə olunan hal heç də yaxşı deyil:

“Azərbaycan kimi bir neft ölkəsində yanacağın qiymətinin bu şəkildə bahalaşması doğru yanaşma deyil. Ölkədə xalqla dövlət arasındakı münasibətlərin korlanmasına maraqlı olan qüvvələr var. Xalqı inqilaba sürükləmək istəyirlər. Sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycanın geniş imkanları var. Hazırkı ağır dövrdə yanacağın qiymətini bahalaşdırmağa nə ehtiyac var?! Bahalaşma digər sahələrə də təsir edəcək. Bu, əhali tərəfindən narazılığa səbəb olacaq. Görünür, maraqlı qüvvələr ölkədə vəziyyətin gərginləşməsinə və xalqla dövlət arasında uçurumun yaranmasına ciddi şəkildə cəhd edirlər. Bu, ürəkaçan deyil”.

Gülşən Şərif

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv