!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkənin ən iri zavodu işini dayandırıdı

!Reklam – Yazi

gurcustanzavodGürcüstanın Rustavidəki ən böyük metallurgiya zavoduna nəzarət edən “Rustavi poladı” ASC-nin rəhbərliyi məhsullarına tələbatın olmaması səbəbilə müəssisənin kollektivini ödənişsiz məzuniyyətə göndərib.

Bu barədə cümə axşamı Gürcüstan KİV-i məlumat verib.

Zavod işçilərinin sözlərinə görə, dünən müəssisə rəhbərliyi metallurgiya bazarındakı qlobal böhrana görə zavodun fəaliyyətini ən azı bir aylığa dayandırmağa məcbur olduğunu söyləyib. Bu qərar çətin duruma düşən işçilərin etirazına səbəb olub. Onlar ailələrini dolandıra bilməyəcəklərindən çəkinirlər.
Zavod rəhbərliyi əməkdaşlarına kredit öhdəliklərinin uzadılmasında və martın 10-dan işə bərpa edilməkdə yardım edəcəyini vəd edib.

Qeyd edək ki, “Rustavi poladı” ASC ildə 200 min ton polad boru və armatur istehsal edir. Bunun da 80 faizi Azərbaycan, Ermənistan və digər ölkələrə ixrac olunur.(report)

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv