Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ölkəyə gətirilən 17 ton kividə nələr aşkarlandı? - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal olunan 17.2 ton kiviyə fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulların bir hissəsində zərərli orqanizm olduğu aşkar edilib.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən tut qalxanlı yastıcası (Pseudolaspis pentagona Targ.) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Laborator müayinələri nəticəsində, kivinin zərərli orqanizmə sirayətlənməsi müəyyən edilib. Bu səbəbdən zərərli orqanizmlə sirayətlənmiş məhsullar seçilərək dövriyyədən çıxarılıb və AQTA əməkdaşları tərəfindən Sumqayıt Məişət tullantıları poliqonunda məhv edilib.

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.

Loading...

www.yenicag.az

2192
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100