!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəyə idxal olunan məhsullar bahalaşır, ixrac etdiyimiz mallar isə ucuzlaşır - Professorun ŞƏRHİ

!Reklam – Yazi

“Ölkə iqtisadiyyatının dayanıqlılığı üçün ixracatda hazır məhsulların xüsusi çəkisinin artımına nail olmalıyıq”.

2020-ci ilin 10 ayının nəticəsinə əsasən, Azərbaycanın idxal etdiyi heyvan mənşəli məhsullar 7,6 faiz bahalanşıb, eyni qrup məhsullar üzrə ölkənin ixrac etdiyi məhsullar isə 12,5 faiz ucuzlaşıb. Eyni zamanda, idxal olunan dənli bitkilərin qiyməti 5,2 faiz artıb, ixrac olunan eyni məhsulların qiyməti isə 1,3 faiz azalıb.

İdxal olunan toxuculuq məmulatları üzrə 39.1 faiz bahalaşma, ixrac olunan eyni mal qrupu üzrə 6.2 faiz ucuzlaşma qeydə alınıb. Əczaçılıq məhsulları qrupu üzrə 72,1 faiz qiymət artımı müşahidə olunub. Həmçinin nəqliyyat vasitələrinin idxal qiymət indeksində 17 fazi artım baş verib.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında idxal edilən mallar bahalaşdığı halda, ixrac olunan malların ucuzlaşmasına təsir edən mümkün amilləri dəyərləndirib.

Elşad Məmmədovun sözlərinə görə, qeydə alınan idxal və ixrac statistikası ölkədə idxalla bağlı daha çox hazır məhsulların olduğunu deməyə əsas verir. İxracatda isə xammal yüksək və xüsusi çəkiyə malikdir:

“Əslində, ixracatda xammalın həcminin çox olması ölkə iqtisadiyyatı üçün həlledici rol oynayır. Eyni zamanda, xammalın qiymətinin ucuzlaşması iqtisadi ənənə hesab olunur. Bu baxımdan, Azərbaycanın ixrac etdiyi məhsulların qiyməti mütəmadi olaraq ucuzlaşmaqda davam edir. İdxalda isə hazır malların qiyməti ənənəvi olaraq artmağa doğru gedir. Bu, dünya iqtisadiyyatının dayanıqlıq trendlərindən biridir”.

Professor hesab edir ki, idxal və ixracla bağlı mövcud tendensiyada yeniliyin olması üçün iqtisadiyyatın strukturunda müvafiq dəyişikliklər etmək lazımdır:

“Əgər istehsalda hazır məhsulların xüsusi çəkisi daha çox olarsa, ixracatda da həcm və qiymət ifadəsi artacaq. Həmçinin hazır məhsulları ölkəmizdə daha çox istehsal etsək, həmin məhsulların idxalı azalacaq.

İdxalın əvəz olunması siyasəti effektiv şəkildə həyata keçirilərsə, xarici ticarət mübadiləsində müsbət nəticələr əldə olunacaq və bütövlükdə ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunacaq”.

Gülşən Şərif

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv