Ölümə məhkum edilmiş Rza Cəlali üçün Əliyevlə Ərdoğana MÜRACİƏT - ÇAĞIRIŞ

media-hightechnic-468x90

Güney Azərbaycanın Sərab şəhərindən olan (İsveç və İran vətəndaşı) Dr. Əhməd Rza Cəlali barəsində İran dövləti tərəfindən edam hökmü çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı hazırda Türkiyədə yaşayan güneyli fəal Kərim Əsgəri özünün sosial şəbəkə hesabından paylaşıb.

Onun məlumatına əsasən, evli və iki uşaq atası olan Əhməd Rza Cəlali İsrail dövlətinə casusluqda ittiham edilir.

İnformasiyanı paylaşan Kərim Əsgəri daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türk Dövlətləri Təşkilatına müraciət ünvanlayaraq Əhməd Rza Cəlalini bu aqibətdən xilas etməyə çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600