!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsman hərbi hissələrdə-Foto

!Reklam – Yazi

ombd3esasMüdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə tədbirlər planına əsasən cəbhəboyu zonada növbəti tədbir keçirilib.

Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə aparatın əməkdaşları Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrin şəxsi heyəti ilə keçirilən görüşlərdə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərini diqqətə çatdırıblar.

Şəxsi heyət qarşısındakı çıxışlarda Vətənimizə, dövlətimizə sədaqətlə xidmət etmələri, düşmənin istənilən təxribatının qarşısının alınması üçün hər an ayıq-sayıq olmaları hərbi qulluqçulara tövsiyə edilib, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb.

Təşkil olunan görüşlərdə hərbi xidmətdə və döyüş tapşırığının yerinə yetirilməsində fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv