!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsman təcavüzə uğrayan 13 yaşlı qızla görüşdü

!Reklam – Yazi

Ombudsman Səbinə Əliyeva Bakıda 13 yaşlı qızın körpə dünya gətirməsi məsələsini nəzarətə götürüb.

Bu barədə Yenicag.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman nümayəndələri Bakıda ana olmuş 13 yaşlı qızla görüşüblər. Yeniyetmənin ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar: “Eyni zamanda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb”.

www.yenicag.az

176
Ads
www.veteninfo.com
!Reklam – Arxiv