Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Omdusman iş başında - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə Avropa Şurası Ayrı-seçkilik əleyhinə departamentinin nümayəndələri Mara Georgesku və Angela Longo ilə onlayn görüş keçirib.

Yenicag.az xəbər verir ki, görüşün məqsədi Azərbaycan Ombudsman təsisatının da iştirak etdiyi “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı layihənin milli səviyyədə implementasiyasının qiymətləndirilməsi olub.

Görüşdə Müvəkkil sözügedən layihə çərçivəsində bu zamana qədər görülən işlər barəsində məlumat verib, keçirilən treninq və seminarların Ombudsman Aparatının əməkdaşlarının ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Ombudsman Səbinə Əliyevanın fəaliyyətinin dondurulması barədə mətbuatda məlumatlar yayılmışdı.

Xatırladaq ki, S.Əliyeva karantin rejimini pozaraq deputat həyat yoldaşı Siyavuş Novruzovla birgə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdikləri üçün Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar. S.Novruzov isə YAP-dakı vəzifəsindən istefa verib.

www.yenicag.az

484