!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ömür “sayğac”ı 62-ni vuran AKTYOR: “Xalq tərəfindən qiymətimi çoxdan alsam da...”

!Reklam – Yazi

“Rəqəmlər nə vaxta qədər artacaq, nə vaxt son olacaq, bunu yalnız Allah bilir”.

Bu sözləri növbəti doğum gününü qeyd edən tanınmış aktyor Natiq Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Özəl gününü səhnədə keçirən sevilən aktyor rəqəmlərin onun üçün önəm daşımadığını bildirib:

“Şəxsi həyatımda çox şükür, arzularıma çatmışam. Qızımı köçürmüşəm, baba olmağa hazırlaşıram. Qalıb oğlum, onu da evləndirsəm, xoşbəxtliyim tam olar. Qaldı ki rəqəmlərə, rəqəmlər mənim üçün önəmli deyil. Həyatın qanunu belədir, istəsək də, istəməsək də, yaş üstünə yaş gəlir və gəldikcə də rəqəmlər artır.

Rəqəmlərin üstünə bir rəqəmin də əlavə olunması o deməkdir ki, varıq, yaşayırıq. Yaşlanmaq həm də yaşamaq deməkdir axı… Rəqəmlər nə vaxta qədər artacaq, nə vaxt son olacaq, bunu yalnız Allah bilir. 62 yaşım tamam olur, peyğəmbər yaşındayam. İndən belə nələr olacaq, bunu gözləyirəm. Əsas odur, cansağlığı olsun. Amma səhhətimdə müəyyən problemlər yaranıb, həkimlərin gözü üstümdədir”.

İllərini səhnəyə verən və şikayətlənməyi heç vaxt sevməyən aktyorun incikliyi də gözümüzdən qaçmadı:

“Uşaqlığımdan bu sənətlə məşğul olanda, heç şan-şöhrət barəsində düşünmürdüm. Səhnəyə çıxmaq, tamaşalarda oynamaq, sənətlə məşhur olmaq arzusu ilə yaşayırdım. Yaş keçdikcə, səhnədə yer tutduqca, təbii ki hər bir sənət adamı zəhmətinin bəhrəsini də dadmaq istəyir.

Ən böyük dəyərim bundadır ki, məni tanıyırlar, sevirlər. Xalq tərəfindən qiymətimi çoxdan almışam, bundan böyük nə dəyər ola bilər? Qaldı ki fəxri adlara, verərlər verərlər, verməzlər də özləri bilər. Artıq 62 yaşım var. Bu yaşdan sonra nə qədər yaşayacam, nə qədər ömrüm qalıb ki… Elə qoy verməsinlər, təmiz adımla bu ömrü yaşamağa davam edim”.

Cəvahir

COP29

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv