Reklam

Reklam

“Atamın vəziyyəti getdikcə yaxşılaşır. Artıq onu reanimasiya şöbəsindən çıxardıb, palataya yerləşdiriblər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında millət vəkili Yevda Abramovun qızı Bəsdi Abramova atasının səhhəti haqqında danışarkən deyib. O, bildirib ki, heç bir narahatlığa əsas yoxdur:

“Şükürlər olsun ki, hər şey yaxşıdır. Bu gün də yanında olmuşuq. Həkimlər bağırsağında ciddi problemlər olduğunu deyirdi.

Əməliyyatı uğurlu keçdi. İndi də analizlərinin cavabını gözləyirik. Hazırda reanimasiya şöbəsindən çıxarılıb və palataya köçürülüb. Sağ olsunlar, həkimlər ona ciddi nəzarət edir. Atama görə narahat olub, maraqlananların hər birinə təşəkkür edirəm”.

Qeyd edək ki, səhhətində ciddi problemlər yaranan millət vəkili dekabr ayının 7-də Milli Onkologiya Mərkəzinə yerləşdirilib.

Elvin Paşazadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3093
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."