!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəzarətdən kənar qalan KÜÇƏ TİCARƏTİ: “Bu işləri tənzimləyən xüsusi departament olsa da...”

!Reklam – Yazi

“Paytaxt ərazilərində qanunsuz küçə ticarəti piyadaların və nəqliyyatın hərəkətinə mane olur”.

Bu fikirləri küçə ticarətinin yaratdığı çətinliklər və həmin fəaliyyətin düzgün tənzimlənməsinin vacibliyi haqda danışan Milli Məclisin deputatı Rüfət Quliyev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, aidiyyatı qurumlar tərəfindən küçə ticarəti ilə məşğul olan sahibkarlar üçün müəyyən ərazilərdə uyğun şərait yaradılmalıdır:

“Küçə ticarətinin əlyehinə deyiləm, sadəcə olaraq, düşünürəm ki, bu fəaliyyət qanuni yolla təşkil edilməlidir.

Yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət hallarına nəzarətin artırılması zəruridir.

Aidiyyatı qurumlar tərəfindən bu sahibkarlar üçün müəyyən yerlər ayrılmalı və onların fəaliyyətinə nəzarət edilməlidir.

Bakı şəhərində küçə ticarətinə icazə vermək üçün xüsusi departament yaradılıb. Lakin paytaxtın bəzi ərazilərində müşahidə olunan vəziyyətə əsasən deyə bilərəm ki, küçə ticarəti nəzarətsiz buraxılıb”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv