!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onlar bilirdilər ki, hakimiyyətə Heydər Əliyev yox, Surət Hüseynov gəlsə, hamısını asacaq "

!Reklam – Yazi

O vaxtkı Ali Sovetin 1993-cü il 15 iyun tarixli iclasında mərhum Heydər Əliyev ölkə parlamentinin sədri seçilib.

Yenicag.Az xəbər verir ki, 1993-cü il 4 iyun Gəncə hadisələrindən sonra ölkədə vəziyyətin son dərəcə kəskinləşməsi AXC hakimiyyətini Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qoydu.

Həmin il iyunun 8-də baş nazir Pənah Hüseynin, iyunun 13-də isə Ali Sovetin sədri İsa Qəmbərin istefa verməsindən sonra Heydər Əliyevin ölkənin ali siyasi hakimiyyətində təmsilçilik məsələsinin böyük mənada həll olunduğu açıq görünürdü. Bu baxımdan, onun iyunun 15-də Ali Sovetin sədri seçilməsi məntiqi sonluq kimi qiymətləndirilirdi.

AXC hakimiyyətində təhsil naziri və Milli Şuranın (Ali Soveti əvəzləyən qanunverici orqan) üzvü olan Firudin Cəlilov Yenicag.Az-a açıqlamasında bildirib ki, iyunun 15-də Bakıda olmasa da, sözügedən iclasın gedişatından xəbər tuta bilib:

“Mən Gəncə hadisələrindən bir neçə gün əvvəl iki həftəliyə Amerikaya getmişdim. Bakıya qayıdanda Əbülfəz Elçibəyin artıq Kələkiyə getdiyini eşitdim.

Heydər Əliyevin Ali Sovetə sədr seçilməsi də haradasa həll olunmuş məsələ idi. Bildiyim qədər, həmin iclasda ciddi bir insident-filan olmayıb. Sonra öyrəndim ki, Cəbhədən olan millət vəkilləri 15 iyun iclasında hansı mövqedə dayanmaq məsələsini heç müzakirə də etməyiblər. Yəni onların arasında heç bir koordinasiya olmayıb”.

O dövrdə Ali Sovetin, indi isə Milli Məclisin deputatı olan Araz Əlizadə isə Yenicag.Az-a açıqlamasında 15 iyun iclasını yaxşı xatırladığını deyib:

“Əslində, hələ bir neçə gün əvvəldən məlum idi ki, Heydər Əliyev Ali Sovetin sədri seçiləcək. Ona görə də bəzi məqamları nəzərə almasaq, iclas normal axarda keçdi. Başqa cür ola da bilməzdi.

Cəbhəçilər bilirdilər ki, hakimiyyətə Heydər Əliyev yox, Surət Hüseynov gəlsə, onların hamısını asacaq. Bunu başa düşdükləri üçün də cınqırlarını çıxartmırdılar. Heydər Əliyev Ali Sovetin sədri, daha sonra isə iki dəfə prezident seçilərək, Azərbaycanı fəlakətlərdən qorudu”.

 

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

2122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv