!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onlar Heydər Əliyevin siyasi savadına heyran qalırdılar” - Hicran Hüseynova

!Reklam – Yazi

 

“Həm SSRİ-nin vaxtında, həm də SSRİ-dən sonra Heydər Əliyev hakimiyyətdə olarkən onda bir keyfiyyət mövcud idi. Həmin keyfiyyətlər onun öz Vətəninə və xalqına münasibəti göstərirdi”.

Bu sözləri “Yeni Çağ Media”nın rus bölməsinə (“Novaya Epoxa”) müsahibəsində Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Deputat AQUPDK-nin yaranması fonunda ümummilli lider Heydər Əliyevin ailə institutları ilə bağlı həyata keçirdiyi siyasi həmlələrdən söz açıb.

H. Hüseynova diqqətə çatdırıb ki, indiki zəmanədə lider deyəndə son dövrlərdə Heydər Əliyevin statusuna uyğun ikinci bir şəxsin olmadığını görünür:

“Çünki bu, reallıqdır. Heydər Əliyev hər sferada kontaktda ola bilir, bir çox məsələlərdən agah idi. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında Heydər Əliyevin danılmaz rolu olub. Həmin dövrlərdəki çətin vəziyyətdə o, Azərbaycana rəhbərlik edib. Ulu Öndər həmin dövrlərdə istəyirdi ki, xalqın rifah səviyyəsini artırsın.

O, xarici səfərlərlə nüfuzlu siyasətçilərlə çoxsaylı görüşlər həyata keçirib. Onlar Heydər Əliyevlə danışarkən onun siyasi savadına heyran qalırdılar. Çünki onun danışıq qabiliyyəti, intellekti və siyasi cazibəsi onları valeh edirdi. Tarixdə bu cür şəxsiyyətlər isə tez-tez dünyaya gəlmir. Həqiqətən də Heydər Əliyev Azərbaycanın çətin zamanlarında hakimiyyətə gələrək ölkəni mövcud vəziyyətdən qurtara bildi. Ona görə də bu cür şəxsiyyətlər, bunu edə bilən kəslər sayca çox azdır”.

Komitə sədri diqqətə çatdırıb ki, H. Əliyev sovet vaxtı da yerli kadrların yetişdirilməsinə çox əhəmiyyət verirdi:

“O, azərbaycanlı tələbələri SSRİ-nin ən prestijli təhsil ocaqlarında təhsil almağa dövlət hesabına göndərirdi. Çünki o, istəyirdi ki, Azərbaycanın milli kadrları və mütəxəssislərinin sayı çox olsun. Onun əsas məqsədi o idi ki, Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan güclü bir dövlət olsun. Heydər Əliyev bunu prioritet məqam kimi özü üçün qəbul etmişdi. Sözügedən kadrlar daha sonralar Azərbaycanda müxtəlif yüksək vəzifələrdə çalışıblar”.

Deputat söyləyib ki, Ulu Öndər qadının cəmiyyətdəki roluna böyük önəm verirdi:

“Onun Azərbaycana rəhbərlik etdiyi dönəmdə qadınlarımız yüksək vəzifələrdə çalışmışdılar. Qadınların qurultaylarının keçirilməsinin əsas təşəbbüskarlarından biri də məhz Heydər Əliyev idi. Bu, o zamana görə bir yenilik idi və sonralar bunun bəhrəsini gördük. Bu, onu göstərir ki, elə bir sahə yox idi ki, onun diqqətindən kənarda qalsın.

Heydər Əliyev xaricə göndərilən yerli tələbələrin arasında qızların sayının çox olmasına üstünlük verirdi. Bu məsələnin kulminasiya nöqtəsi isə artıq 1998-ci ildə Nazirlər Kabinetinin tərkibində Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasına gətirib çıxardı. MDB ölkələrində belə bir praktika yox idi. Bu, başqaları üçün bir nümunə idi.

2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə bu komitənin strukturu genişləndirilib və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilib. Bu qurum sonralar digər ailə məsələləri ilə bağlı problemlərin həllinə yönəlmişdi”.

“Heydər Əliyev hər zaman hesab edirdi ki, ailə ölkənin əsas təməlidir. Ona görə də o, ailə institutlarına çox əhəmiyyət verirdi. Prezident İlham Əliyev də öz növbəsində, Heydər Əliyevin adıçəkilən siyasətini davam edir. O, ailə dəyərləri, milli-mənəvi dəyərlərə önəm verir. 30 il ərzində Azərbaycandakı demoqrafiyanın qalxması onu sübut edir ki, ölkədə sosial-iqtisadi durum yaxşıdır. Heydər Əliyevin təməlini qoyduğu bu siyasəti Prezident İlham Əliyev qətiyyətlə davam etdirir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Cəmilə Çebotaryeva

Tərcümə: Rafi Müslümov

COP29

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv