Zalujnının MÜHARİBƏ ETİRAFI: “Ukrayna torpaq yox, davamlılıq üçün döyüşür”

media-hightechnic-468x90

Bu gün üçün əsas prioritet insan itkilərini minimuma endirmək və iqtisadi dayanıqlılığı qorumaqla mübarizəni davam etdirmək olmalıdır.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın keçmiş silahlı qüvvələr baş komandanı Valeri Zalujnının Kiyevdə keçirilən forumda çıxışını təhlil edən “Guardian” nəşri yazıb.

Təhlil məqaləsində bildirilib ki, Ukrayna Rusiya tərəfindən işğal edilmiş əraziləri, həmçinin Krımı geri almağı real məqsəd kimi görməməlidir. Ukrayna bundan sonra əsas diqqətini “yüksək texnologiyalı sağ qalma müharibəsi”nə yönəltməlidir. Demoqrafik və iqtisadi baxımdan uzunmüddətli və irimiqyaslı müharibəyə davam gətirə bilmərik. Mövcud resurslarla maksimum nəticə əldə etməyə çalışmalıyıq. Bu gün üçün əsas prioritet insan itkilərini minimuma endirmək və iqtisadi dayanıqlılığı qorumaqla mübarizəni davam etdirmək olmalıdır.

Zalujnının sözləri Ukraynanın yeni hərbi strategiyalar üzərində işlədiyini göstərir. Xüsusilə “dron divarı” və ya “dron xətti” adlandırılan müdafiə konsepsiyası diqqət mərkəzindədir. Bu müdafiə xətti pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya qüvvələrinin ön cəbhədə irəliləməsinin qarşısını almağa xidmət edəcək.

Keçmiş avstraliyalı general Mik Rayan bu konsepsiyanı Ukraynanın həssas sərhədlərində müdafiə dəhlizi kimi təsvir edərək, onun həm canlı qüvvə itkisinin qarşısını almaqda, həm də düşmənə qarşı çəkindirici güc kimi faydalı ola biləcəyini bildirib. Bu strategiya Ukraynanın texnologiya əsaslı müdafiəyə keçdiyini və daha az insan resursu ilə effektiv müqavimət göstərmək istədiyini nümayiş etdirir.

Bu zaman Rusiya tərəfi də öz mövqeyini sərtləşdirərək ritorikasını gücləndirib. Xarici işlər naziri Sergey Lavrov Moskvada verdiyi açıqlamada bildirib ki, Rusiya Ukraynadakı rusdilli əhalinin “xunta rejimi”nin idarəsi altında qalmasına razı olmayacaq. O, bunu “cinayət” adlandıraraq beynəlxalq ictimaiyyəti Ukraynanı rusdillilərə qarşı ayrı-seçkiliyi dayandırmağa məcbur etməyə çağırıb. Lavrovun bu çıxışı Rusiya rəhbərliyinin münaqişəyə dair əvvəlki tələblərində hələ də israrlı olduğunu göstərir. Eyni zamanda, onun bu bəyanatı ABŞ-nin və Vatikanın vasitəçilik təşəbbüslərinə qarşı çıxması kimi də qiymətləndirilə bilər. Beləliklə, müharibənin növbəti mərhələsində Ukraynanın prioritetləri daha çox müdafiəyə və davamlılığa yönəlmiş görünür.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600