Qurbanov “Barselona”nın baş məşqçisi ilə görüşdü

media-hightechnic-468x90

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.

Yenicag.az xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas və B komandaları, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10-un məşqlərini izləyib.

Q.Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb. Flik komandamızın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600