Ermənistan Rusiya ilə YAXINLAŞIR – “Paşinyan hökuməti gördü ki...”
“Paşinyan hökuməti gördü ki, Qərb Ukrayna cəbhəsində Rusiyanın öhdəsindən gələ bilmədi, ona görə də yenidən Rusiya ilə yaxınlığı seçdilər”.
Bu sözləri Ermənistanla Rusiya arasındakı yaxınlaşma və bunun regiona təsirini Yenicag.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.
O, bildirib ki, Ermənistan hər kəsi satmağa hazırdır:
“Ermənistanda hakimiyyətə “Soros” fondunun adamı Paşinyan gətirildi. Ermənistan cırtdan, balaca ölkədir və əsas məqsədi istifadəçilikdir. Ermənistan əvvəl Rusiyadan hərbi, Qərbdən maliyyə yardımı alırdı. Zaman keçdi, Paşinyan Qərbdən, Hindistandan hərbi dəstək aldı, Rusiyadan iqtisadi dəstək aldı. Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi təqribən 10 dəfə qalxıb”.
“Biz əvvəl də deyirdik ki, Ermənistan Rusiyanı satmağa hazırdır. İndi Ermənistan Qərbi də satmağa hazırdır. Ermənistan tarixən Bizansı da, Osmanlını da satıb. Paşinyan hökuməti gördü ki, Qərb Ukrayna cəbhəsində Rusiyanın öhdəsindən gələ bilmədi, ona görə yenidən Rusiya ilə yaxınlığı seçdilər. Ermənistan istənilən vaxt, istənilən dövləti satmağa hazırdır. Paşinyanı hakimiyyətə Qərb gətirsə də, istənilən vaxt Rusiyanın tərəfinə keçə bilər. Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişaf etməsini çox istəyirik. Bir şey var ki, Rusiyanın Azərbaycana münasibəti dəyişməyib. Çünki Rusiyanın dövlətçilik fəlsəfəsi işğal, ərazi genişləndirməkdir. Ona görə də Rusiya ilə Ermənistan yaxınlaşmasında qeyri-adi bir şey yoxdur”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd