Sənəti ilə şəxsiyyəti üst-üstə düşən XOŞBƏXT İNSAN: Yeriniz çox görünür, Fuad Poladov...

media-hightechnic-468x90

Həm sənətkar olasan, həm də şəxsiyyət – hər adama nəsib olmur bu xoşbəxtlik. Amma sevilən aktyor, Xalq artisti Fuad Poladov belə xoşbəxt sənətkar və xoşbəxt insanlardan idi.

Bu gün doğum günüdür. Onun sənətini və şəxsiyyətini ifadə etmək üçün söz acizdir. Xarizması o qədər güclü idi ki, bir dəfə səhnəyə çıxması ilə səhnəni doldurmağı bacarırdı. Ağzını açıb bir kəlmə söz deməsə də belə…

Canlandırdığı obrazları ilə sevdirdiyi filmlər, televiziya tamaşaları Azərbaycan kinosu, Azərbaycan Teatrı və Azərbaycan televiziyasının misilsiz sənət inciləri sayılır. Nə yaxşı ki, kinomuzda, teatrımızda belə sənətkar olub ki, adını bu gün sevgi ilə anırıq.

Şəxsiyyət kimi də insanların yaddaşında əbədi yaşayacaq. Bir çox məşhur sənətkarlarımız olub ki, adları qalmaqallarda, intriqalarda hallanıb. Bununla da sənətlərini kölgədə qoyublar. Amma Fuad Poladovun adı heç bir qalmaqalda hallanmayıb, sənətinə heç vaxt xələl gətirməyib. Elə buna görə də hər kəs, eləcə də media nümayəndələri ona xüsusi hörmət və sevgi bəsləyiblər. Aramızda yoxdur, yəni cismən bizlərlə deyil, amma sənəti ilə hər zaman yaddaşlarda yaşayır. Sağ olsaydı, zəng edib doğum gününü təbrik edəcəkdik. Telefonun o başından əsrarəngiz səsini eşitmək və kübarcasına minnətdarlıq etməyi bizə kifayət edəcəkdi.

Bu gün yenə də onu təbrik edirik və deyirik: Doğum gününüz mübarək, sənətkar, yaxşı ki, varımızsınız. Sizin üçün çox darıxırıq, yeriniz çox görünür, Fuad Poladov…

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600