Goranboyda iki nəfər bıçaqlandı

media-hightechnic-468x90

Goranboyda iki nəfər kafedə bıçaqlanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Belə ki, kənddə yerləşən kafelərin birində kənd sakinləri – 1985-ci il təvəllüdlü Zaur Muradov və 1987-ci il təvəllüdlü İsmayıl Məmmədov bıçaq xəsarəti ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, Z.Muradov və İ.Məmmədovu aralarında yaranmış münaqişə səbəbindən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa