!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlar Türkiyəni, Azərbaycanı təhdid edən artsaxçılığı qazıyıb tarixin zibilliyinə atdılar - Azər Ayxan yazır

!Reklam – Yazi

Birinci foto 2020-ci ilin avqust ayının bu günlərində Ankarada çəkilib. Heyətə baxırsınızmı?.. Bu fotoya həmin vaxt “diplomatik təmasdan çox, müharibə hazırlığı” qeydi yazmışdım. Üstündən ayyarım keçdi, savaş başladı. 44 günlük Vətən savaşında Türkiyənin, sayın Rəcəb Tayyib Ərdoğanın, Mövlud Çavuşoğlunun, Hülusi Akarın və digər rəsmilərin tutduqları mövqe hamımıza gözəlcə aydındır. Düşüncələrimizi aydınlatdılar bu rəftarları ilə. Gözlərimizi sevinc yaşına boğdular.

İkinci foto 2020-ci ilin dekbarın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradındandır. Türkiyə Prezidenti Azərbaycanı savaşda tək qoymadığı kimi qələbəni qeyd edəndə də yanımızda oldu. İlham Əliyevlə Qarabağ və Şuşa Zəfərini birlikdə rəsmiləşdirdilər.

Bir başqa foto 2021-ci ilin iyun ayında Şuşada çəkilib. İki prezident Şuşa Bəyənnaməsinə imza atırlar. İki qardaş imzalarını, ürəklərini, biləklərini, bayraqlarını və güclərini qoşalaşdırıb Azərbaycanı, Şuşanı, Qarabağı, Türk coğrafiyasını, Türk Dünyasının gələcəyini qoruma altına aldılar.

Rus sülhməramlıları imiş… Anasını eşşək qovalasın məramsız və mənasız rusun. Türkün iradəsi önündə Putin kim, Paşinyan kim…İki prezident əllərində qayçı ötən ilin oktyabrında Füzuli aeroportunun açılışını edirlər. Bu fotoya həmin vaxt bunları yazmışdım: “Əliyevlə Ərdoğan sıradan açılış lenti kəsmirlər. Həm də bölgənin yeni dizaynını yaradırlar, türk dünyasına qədər biçirlər”.

Və nəhayət, dünən Konyada iki prezidentin birgə fotolarına diqqət etdikdə, burada bir arxayınlıq, yekun görünür. İki qardaş dövlət, iki qardaş prezident, iki qardaş millət 200 ilə sığmayan 2 illik fəaliyyətlə bölgədən rusçuluğu, erməniçiliyi, Türkiyəni, Azərbaycanı təhdid edən artsaxçılığı qazıyıb tarixin zibilliyinə atdılar. Hələ İranın vaxtaşırı Azərbaycanı təhdid edən davranışlarını demirəm. Hardadı İran? Səsini eşidən varmı?

Ukrayna-Rusiya, Çin-Tayvan nümunələrində qardaş, qohum xalqların arasında gedən müharibə və gərginlik fonunda Əliyevlə Ərdoğan Türk Dünyasına yeni qədər, yeni strateji, yeni dostluq biçirlər.

And olsun Tanrı dağa,
Oda, suya, torpağa,
Turan qalxıb ayağa,
Qılınclar qına gəlməz.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv