“Onun məşəlini yandırmaq mənim bəxtimə düşdü”

media-hightechnic-468x90

1e39a6081866“Birinci xanımın məşəlini xanəndənin yandırması muğam ifaçılarına bir jest idi”.

Bunu azvision.az-a açıqlamasında ötən gün Avropa Oyunlarının məşəlini daşıyan Xalq artisti Arif Babayev deyib.

Birinci xanımın məşəlini alovlandıran A.Babayev buna görə çox sevindiyini bildirib: “Hamı qəlbdən sevinirdi. Hər şey qaydasında keçdi. Dünən mən bir daha qürur duydum ki, Azərbaycanda anadan olmuşam. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qürurverici hadisədir.

Mənim Mehriban Əliyevanın məşəlini yandırmağım onun muğama olan diqqətindən irəli gəlir. Birinci xanım bir daha muğam sənətinə olan qayğısını göstərdi. Mehriban Əliyeva heç vaxt muğamı yaddan çıxartmır. Gəncləri də , yaşlıları da. Burada da  onun məşəlini  yandırmaq mənim bəxtimə düşdü. Buna görə, xoşbəxtəm. Mən də xanəndələrin, milli musiqimizin adından məşəli Mehriban Əliyevaya ötürdüm. Çox sevincli idim”.

Xalq artistinin sözlərinə görə, məşəl danşnan zaman birinci xanım onu təbrik edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600