!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Operativ Qərargahı teatrların və kinoteatrların açılmasına çağırıram" - Azər Qərib

!Reklam – Yazi

“Ticarət mərkəzlərini açıb, teatrları bağlı saxlamaq bizim yalnız imicimizə deyil, mədəniyyətimizə, mənəviyyatımıza, mənliyimizə zərbə vurur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri tanınmış səyyah Azər Qərib “Facebook” hesabında qeyd edib.

Azər Qərib teatr və kinozalların açılmasını ölkədə mədəni sahənin dirçəldilməsi istiqamətində vacib addım hesab etdiyini bildirib:

“İllərdir bizə deyirdilər ki, “Azərbaycanlılar yalnız alveri bacarırlar, döyüşçü deyillər”.

Elə edək ki, indi ünvanımıza “Bunlar ancaq vuruşmağı bacarırlar, mədəniyyətdən uzaqdırlar” sözlərini deməsinlər.

Mən Operativ Qərargahı teatrların və kinoteatrların açılmasına çağırıram”.

Məşhur səyyah incəsənət xadimlərinin petisiya hazırlayacaqları təqdirdə ona imza atacağını da bildirib:

“Xülasə, əgər incəsənət xadimləri bu məsələ ilə bağlı bir petisiya hazırlasalar, məni imza atmış hesab edə bilərsiniz…”

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv